Mayın 10-da Heydər Əliyev adina İdman Sarayında start götürmüş Bakı “Böyük dəbilqə” turniri sona yetib. Mötəbər
turnirdə 56 ölkədən 431 (256 kişi, 175 qadın) cüdoçu mübarizəyə qoşulub.Turnirin sonuncu günündə “Neftçi İdman Klubu”nun cüdoçuları daha 3 medala yiyələniblər.Təmsilçilərimizdən Məmmədəli Mehdiyev uğurla çıxış edərək gümüş medala sahib olub. 90
kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ardıcıl olaraq Avtandili Tçrikişvili, türkiyəli Mert
Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Tot üzərində qələbə
qazanıb və finala yüksəlib. İdmançımız həlledici görüşdə 2017-ci ilin serbiyalı
dünya çempionu Nemanya Maydova məğlub olub. Digər cüdoçularımız Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+
78 kq) isə bürünc medalla kifayətləniblər.Xatırladaq ki, yarışın əvvəlki günlərində Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66
kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) isə bürünc medal
qazanıblar.Qeyd edək ki, Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 4 bürünc medalla ümumi
komanda hesabında Yaponiya və Braziliyadan sonra üçüncü yeri tutub.