Xəzər Universiteti Dünya Məktəbinin idman zalında keçirilən
kunq-fu coriyo üzrə respublika çempionatı sona çatıb. Yarışda 5 komandanın 100-ə
yaxın idmançısı qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun 14 nəfərdən ibarət uşu
komandası da çempionatda təmsil olunub və yüksək nailiyyətlər əldə edərək taolu
üzrə komanda hesabında 1-ci yeri tutub. Yarış ənənəvi olaraq 4 yaş qrupunda
keçirilib (12-15, 15-18, 18-35, +35). Klubun yetirmələri
müxtəlif döyüş texnikaları üzrə mübarizə apararaq 12 qızıl və 5 gümüş medala yiyələniblər. Onlardan Ruzi Vəliyev, Məlik
Cəfərov, Fuad Cəfər və Zahid Vəliyev bütün döyüşləri qələbə ilə başa vuraraq
çempionluq sevinci yaşayıblar. Xanım idmançılardan isə Aytən Vəliyeva, Elnarə
Qarayeva, Gültəkin Allahverdiyeva, Leyla Əzizova və Gülsiyyə Novruzova eyni
uğuru təkrarlayıblar.