“Sərhədçi” İdman Olimpiya Mərkəzində MMA idman növü
üzrə beynəlxalq turnir keçirilib.Klubumuzun turnirə qatılmıştəmsilçilərindən
Vüqar Kərəmov (71 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Etiram Dərişov isə yalnız final
döyüşündə rəqibi ilə bacarmayıb və gümüş medala layiq görülüb.