“Neftçi İdman Klubu”nun samboçusu Ağasif Səmədov
(52 kq) Minskdə keçirilən ikinci Avropa
Oyunlarında mükafata layiq görülüb. Təmsilçimiz dörddəbir finalda litvalı
Gintaras Katkusa 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə
yerli idmançı Maksim Krasinski ilə qarşılaşan klubumuzun yetirməsi rəqibinə heç
bir şans verməyib – 4:0. Finala vəsiqəni təmin edən samboçumuz həlledici
qarşılaşmada Ermənistan idmançısı Tiqran Kirokasyanla görüşdən məğlub ayrılıb və
Avropa Oyunlarının gümüş medalını qazanıb.Xatırladaq ki, mötəbər turnirin əvvəlki günlərində
cüdoçularımızdan Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə
bürünc medala yiyələnib.