Belarusun paytaxtı Minskdə keçirilən II Avropa
Oyunlarında fərdi cüdo yarışlarına yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində
təmsil olunan cüdoçuları fərdi
yarışların sonuncu günündə daha 3 medala
yiyələniblər. Bürünc medal uğrunda mübarizələrdə Məmmədəli Mehdiyev (90 kq)
hollandiyalı Noel Vant Endi, Elmar
Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriçi, İrina Kindzerska (+78 kq) isə
ukraynalı Qalina Tarasovanı məğlubiyyətə uğradıb.Xatırladaq ki, cüdo yarışlarının ikinci günündə klubumuzun yetirmələrindən Rüstəm Orucov
gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal əldə edib.Qeyd edək
ki, iyunun 25-də cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək.