“Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Mahir Əmiraslanov Minskdə keçirilən ikinci
Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı
yazdırıb. Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız
bolqarıstanlı Georgi Vangelova 6:5, Şimali Makedoniya təmsilçisi Vladimir
Yeqorova 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya
idmançısı Zavur Uquyevi məğlub edən (3:2) Mahir Əmiraslanov finala vəsiqəni təmin
edib. O, həlledici görüşdə serbiyalı Stevan Misiç üzərində 9:1 hesabı ilə
inamlı qələbə qazanıb və II Avropa Oyunlarının qızıl medalına sahib olub.Qeyd edək ki, ikisi erməni olmaqla, bütün rəqiblərini
məğlub edən üçqat Avropa və üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə finala
vəsiqə qazanıb. Klubumuzun
yetirməsi bu görüşdə Gürcüstan təmsilçisi
Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.