“Neftçi İdman Klubu”nun yetirməsi Şahin Qəhrəmanov
Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışında gümüş medala
sahib olub. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçumuz
finaladək uğurla irəliləsə də, həlledici görüşdə koreyalı Jinsu Kanga məğlub
olub və turniri ikinci pillədə başa vurub.Qeyd edək ki, yarışda 11 ölkədən 175 cüdoçu
mübarizə aparıb.