Bakıda keçirilən Avropa Gənclər Olimpiya
Festivalına start verilib.Festival çərçivəsində Heydər Əliyev adına
İdman Sarayında keçirilən güləş yarışlarında “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan sərbəst
güləşçisi Əbülfəz Nəsirov (55 kq) böyük
uğura imza atıb. Pəhləvanımız finala qədər inamla irəliləyib. Bu yolda o, britaniyalı
Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi
Eltemirovu mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə italiyalı Simone
Vinçenzo Pirodduya 5:10 hesabı məğlub olan idmançımız mötəbər turnirin gümüş
medalına layiq görülüb.