Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc
cüdoçular arasında keçirilən Avropa kuboku yarışı sona yetib.Otuz doqquz ölkədən 437 cüdoçunun qatıldığı
turnirdə klubumuzun təmsilçisi Davud Abbaslı mükafata layiq görülüb. Altmış
altı kiloqram çəki dərəcəsində mübarizə aparan gənc idmançımız yarışın bürünc
medalını qazanıb.