İyunun 29-da Bakı Kəndlər Futbol Federasiyası
və AFFA-nın kütləvi futbol şöbəsinin təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü futbolçular
arasında start götürmüş turnirə yekun vurulub.Doqquz komandanın qatıldığı turnirin
qaydalarına görə, futbolçular iki qrupda yarışmış və hər qrupda ilk iki yeri
tutan komandalar yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanmışlar.Qrup mərhələsini uğurla başa vuran “Neftçi
İdman Klubu”nun U-14 komandası
yarımfinala yüksələrək bu mərhələdə “İsgəndər
Cavadov Futbol Akademiyası”nın kollektivini darmadağın edib – 10:0. Bununla da
finala vəsiqəni təmin edən Şahin Şahüseynlinin yetirmələri həlledici görüşdə Buzovnanın “Xəzri” komandasını 2:0 hesabı ilə
məğlub edib və turnirin qalibi adını qazanıb.Qeyd edək ki, klubumuzun futbolçusu Fərid
Şahüseynli 26 qol vuraraq turnirin bombardiri olub.