Bu gün Yaponiyanın paytaxtı Tokioda keçirilən
cüdo üzrə dünya çempionatı sona yetib.Mötəbər turnirin fərdi yarışlarının sonuncu
günündə “Neftçi İdman Klubu”nun təmsilçisi İrina Kindzerska (+78 kq) mübarizəyə
qoşulub. Xanım cüdoçumuz onaltıdabir finalda hollandiyalı Tessi Savelkulsu ipponla məğlub
edib. Onun növbəti rəqibi tunisli Şeyx Ruhu Nihel olub. Bu görüşdə də
cüdoçumuz ipponla qalib gəlib.O,dörddəbir finalda braziliyalı Maria
Sülen Altemana uduzub. Təsəlliverici görüşdə daha bir braziliyalı ilə – Beatris
Souzayla üz-üzə gələn İrina Kindzerska məğlub
olub və 7-ci pillədə qərarlaşıb.Xatırladaq ki, mundialın əvvəlki günlərində
klubumuzun yetirmələrindən Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73
kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci,
Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci sırada qərar tutub.Qeyd edək ki, Azərbaycan millisi dünya
çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında uğurla
çıxış edərək 5-ci yeri tutub.