Macarıstanın Qyor şəhərində yeniyetmə və gənclər
arasında kikboksinq üzrə Avropa birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində təmsil olunan idmançısı Əlihüseyn Əliyev qitə
birinciliyinin mükafatına layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində
mübarizə aparan kikboksçumuz turnirin bürünc medalını qazanıb.Klubumuzun kikboksinq üzrə məşqçisi, beynəlxalq
dərəcəli hakim Elnur Alıyev yarışda ədalət təmsilçisi qismində çıxış edib. O, “WAKO
A class gold” kartı alaraq Avropanın beş ən güclü hakimi sırasına daxil olub.