“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Xorvatiyanın paytaxtı
Zaqrebdə təşkil olunan “World Challange” seriyalı turnirdə növbəti uğura imza
atıb. Idmançımız üçtəkanla tullanma yarışında 16,68 metr nəticə göstərərək yalnız
ABŞ idmançısı Kris Benarddan geri qalıb və mötəbər turnirin gümüş medalına layiq görülüb.