“Neftçi İdman Klubu”nun paralimpiyaçısı Roman
Saleh Londonda keçirilən üzgüçülük üzrə dünya çempionatında inamla
mübarizə apararaq böyük uğura imza atıb. Paraüzgüçümüz 100 metr məsafəyə
arxasıüstə üzmə yarışında 1 dəqiqə 1 saniyə nəticə göstərərək gümüş medala sahib olub.Dünya çempionatında ilk iki yeri tutan
idmançılar Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar. Roman Saleh də bu
yarışda “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə
edib.Bununla da klubumuzun yetirmələri Tokio Paralimpiadasına
ikinci lisenziyanı qazanıblar. Qeyd edək ki, bundan əvvəl parapauerliftinqçimiz
Elşən Hüseynov “Tokio 2020”yə lisenziya qazanmışdı.