Bu gün «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə
keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start
verilib.Klubumuz ilboyu neft, qaz və kimya sənayesinin işçiləri
arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi,
gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil
olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni
isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər
günü) ərəfəsində keçirilən Spartakiadadır.Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXVII
Spartakiadası keçirilir. Mötəbər yarışda 33 müəssisənin komandası mübarizə
aparır. Spartakiadaya 14 idman növü (mini-futbol, atletika, üzgüçülük,
voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma,
futtennis və güllə atıcılığı) üzrə 1400-dən artıq iştirakçının qatılacağı gözlənilir
ki, onlardan da 300-dən çoxu qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən
Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman
Klubunda, güllə atıcılığı üzrə isə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Sentyabrın 16-da startı verilmiş
Spartakiada sözügedən ayın 22-də öz işini başa çatdıracaq.XXVII Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın
19-da saat 16:00-da Qaradağ Təlim-İdman Bazasında təşkil olunacaq.Qeyd
edək ki, Spartakiadaya atletika, mini-futbol və futtennis idman növləri ilə
start verilib.