“Neftçi İdman Klubu”nun yetirməsi Leyla Əliyeva Özbəkistanın
paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-pri turnirində uğurla çıxış edib.
Qırx səkkiz kiloqram çəki dərəcəsində inamla mübarizə aparan xanım idmançımız Rumıniya,
Fransa, Almaniya və Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. O,
həlledici görüşdə rusiyalı rəqibi Sabina Giliazovaya məğlub olub və Daşkənd
Qran-prisinin gümüş medalına yiyələnib.