Sentyabrın 16-da “Neftçi İdman
Klubu”nun təşkilatçılığı ilə start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin
XXVII Spartakiadası sona yetdi. Otuz üç komandanın qatıldığı mötəbər yarışda 14
idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma,
şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə
atıcılığı) üzrə 1400- dən artıq iştirakçı mübarizə aparırdı ki, onlardan da 300-dən
çoxu qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman
Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda, güllə atıcılığı üzrə
isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman
Kompleksində keçirildi.Ümumi komanda hesabında Heydər Əliyev adına
Neft Emalı Zavodu (682 xal) XXVII Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri
İdarəsi (656 xal) 2-ci, “Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası
(583,5 xal) isə 3-cü yeri tutdu.Qalib və mükafatçılara “Neftçi İdman
Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.Bununla da neft, qaz və kimya sənayesi
işçilərinin XXVII Spartakiadasına yekun vuruldu.