Lüksemburqda keçirilən cüdo üzrə açıq Avropa
kuboku yarışına yekun vurulub.Qırx yeddi ölkədən 358 cüdoçunun mübarizə
apardığı mötəbər turnirdə “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
yer alan təmsilçilərindən ikisi mükafata layiq görülüb. Cüdoçularımızdan Aslan Mirzəyev (100 kq) və Aleksandra-Larisa
Florian (57 kq) Avropa kubokunun bürünc medalına sahib olublar.