“Neftçi İdman Klubu”nun velosipedçisi Samir
Cəbrayılov “Tokio 2020” Yay Olimpiya Oyunlarına 15 lisenziya xalı
qazanıb. İdmançımız lisenziya xallarını Türkiyənin Konya şəhərində keçirilən üç
mərhələli “Tour of Mevlana” turnirində toplayıb. O, Beynəlxalq Velosipedçilər
İttifaqının (UCI) 2.2 kateqoriyalı veloturunun ümumi təsnifatında beşinci yeri
tutaraq bu uğura imza atıb.