Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki
qüsurluların Dünya Oyunları keçirilib. İdmanın oxatma, güləş, atletika,
üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən oyunlarda
parataekvondo yarışları da yer alıb.”G4” kateqoriyalı yarışlara 6 idmançı ilə qatılan
parataekvondo üzrə milli komandamız uğurla çıxış edərək 4 qızıl və 1 bürünc
medala sahib olub.Sevindirici haldır ki, qazanılan 5 medaldan 4-ü
“Neftçi İdman Klubu”nun paralimpiyaçılarına məxsusdur. Klubun yetirmələrindən
Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aynur Məmmədova (+58 kq)
Dünya Oyunlarının qızıl medallarına yiyələniblər. Aleksandr Polişuk (+75 kq) isə
yarışı bürünc medalla başa vurub.