“Neftçi İdman Klubu”nun yetirməsi Nicat Şıxəlizadə Avstraliyanın
Pert şəhərində keçiriləncüdo üzrə açıq Okeaniya
turnirində uğurla
çıxış edib.Altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya təmsilçilərinə qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan idmançımız turnirin gümüş medalına layiq görülüb. Bununla da Nicat Şıxəlizadə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə aktivinə daha 500 xal yazdırıb.Qeyd edək ki, açıq Okeaniya turnirində 66
ölkədən 310 cüdoçu medallar uğrunda yarışır.