Macarıstanın
paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatına
yekun vurulub.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Sənan Süleymanov (72 kq) mötəbər
yarışda böyük uğura imza atıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan idmançımız
Yaponiya,  Norveç və Moldova təmsilçilərinə
qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada iranlı rəqibinə məğlub
olan Sənan Süleymanov dünya çempionatının gümüş medalına sahib olub.