İstanbulda “Vodafone 41-ci İstanbul Marafonu”
keçirilib. Marafon İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi, Spor İstanbulun
təşkilatçılığı ilə baş tutub.”İstanbul sənindir, durma qaç” şüarı ilə
marafon İstanbulun Avropa qitəsindən start götürüb. İştirakçılar “15 İyul Şəhidlər
Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. Marafona 106
ölkədən 140 minə yaxın insan qatılıb.”Neftçi İdman Klubu”nun səmti müəyyənetmə üzrə
idmançısı Süleyman Əliyev də İstanbul marafonunda ölkəmizi layiqincə təmsil
edib.Marafonun qalibləri kişilər arasında Keniya atleti Daniel Kipkore Kibet ( 2
saat 9 dəqiqə 44 saniyə), qadınlar arasında isə efiopiyalı idmançı Hirut Tibebu
(2 saat 23 dəqiqə 40 saniyə) olub.Qeyd edək ki, 2012-ci ildən keçirilən, dünyada iki qitə arasında yeganə tədbir
sayılan “Vodafone 41-ci İstanbul Marafonu” 42 kilometr 195 metr, 8 və 15
kilometr olmaqla üç kateqoriyadan ibarətdir.