İtaliyanın Bari şəhərində paralimpiyaçılar
arasında taekvondo üzrə Avropa çempionatı keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçisi, ikiqat
dünya çempionu Aynur Məmmədova böyük əzmkarlıq nümayiş etdirərək dördüncü dəfə
Avropa çempionu olub. Əlli səkkiz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə
aparan paralimpiyaçımız ispaniyalı idmançıya 8:6, Fransa təmsilçisinə 23:1 və
rusiyalı taekvondoçuya 12:8 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib. O, həlledici görüşdə Özbəkistan təmşilçisini
3:0 hesabı ilə məğlubiyyətə uğradaraq qitə çempionatının qızıl medalına yiyələnib.Parataekvondoçumuz bu qələbə sayəsində “Tokio
2020” Yay Paralimpiya Oyunlarına növbəti lisenziya xalları qazanıb.