Şağan Olimpiya İdman Kompleksində keçirilən
yunan-Roma güləşi üzrə Bakı çempionatı sona yetib.”Neftçi İdman Klubu”nun pəhləvanları yarışda
əzmlə mübarizə apararaq 13 medala (5 qızıl, 3 gümüş, 5 bürünc) sahib olublar.
Güləşçilərimizdən Hüseyn Qəribov (55 kq), Anar Qurbanov (60 kq), Urfan Həsənli
(63 kq), Elçin Məmmədov (77 kq) və Məftun Qasımov (97 kq) bütün görüşləri qələbə
ilə başa vurublar və paytaxt çempionatının qızıl medalını qazanıblar.