Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma
güləşi üzrə ALROSA Kuboku keçirilib.”Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev (65 kq) iki gün davam edən
ənənəvi yarışda əzmlə mübarizə apararaq qızıl medal qazanıb. İdmançımız I Avropa
Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə
üstələyib – 7:3. Hacı Əliyev həlledici görüşdə son Avropa çempionatında məğlub
etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. O, son saniyələrdə icra
etdiyi uğurlu fəndlə rəqibi üzərində 5:4 hesablı qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.