Çinin Sindao şəhərində keçirilən cüdo
üzrə “Masters” turnirinə yekun vurulub. Mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycan turnirdə
11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.”Neftçi İdman Klubu”nun yığma
komandamızın heyətində yer alan cüdoçusu İrina Kindzerska (+78 kq) yarışda Fransa,
Çin, Braziliya və Cənubi Koreya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici
görüşdə hollandiyalı Tessi Savelkouls ilə görüşdən məğlub ayrılan idmançımız
gümüş medala layiq görülüb.Xatırladaq ki, yarışın ikinci günündə
klubumuzun digər yetirməsi Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdı.