“Neftçi İdman Klubu”nun təşkilatçılığı
ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında mini-futbol turniri keçirildi. Yarış 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr olunmuşdu. Turnirdə 8 komanda mükafatlar uğrunda mübarizə
aparırdı. “A” qrupunda Heydər Əliyev adına Neft Emalı Zavodu, “Bos
Şelf” MMC, “Neftqaztikinti” Tresti, “Qaz İxrac” İdarəsi, “B”
qrupunda isə Geofizika və Geologiya İdarəsi, “Azneft” İstehsalat Birliyi, Nəqliyyat
İdarəsi və “Suraxanı Oyl” Əməliyyat Şirkətinin komandaları təmsil
olunurdu.Suraxanı qəsəbəsindəki Tofiq
İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda “Azneft” və “Bos Şelf” komandaları finala vəsiqə
qazandılar. Həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradan “Bos
Şelf” komandası mini-futbol turnirinin qalibi oldu. “Azneft”
İstehsalat Birliyi 2-ci, “Qaz İxrac” İdarəsinin komandası isə 3-cü yerə
çıxdı.Klubumuz tərəfindən “ən yaxşı
oyuncu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları
üzrə mükafatlar da təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Şamxal Məlikov
(“Bos Şelf” MMC), Orxan Namazov (“Qaz İxrac” İdarəsi) və Bəxtiyar
Muradov (“Azneft” İstehsalat Birliyi) layiq görüldülər.Birinci, ikinci və üçüncü yerləri
tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli
xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Nominasiya qaliblərinə də diplom və
hədiyyələr təqdim olundu.