Respublika Boks Mərkəzində açıq Bakı
şəhər birinciliyi keçirilib. 2006-2007-ci illər təvəllüdlü boksçular arasında təşkil
olunan yarışda 16 çəki dərəcəsi üzrə 180 idmançı medallar uğrunda mübarizə
aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri
turnirdə 9 medal (5 qızıl, 2 gümüş, 2 bürünc) qazanıblar. Onlardan Ələkbər
Zamanlı (37 kq), Əli İsayev (54 kq), Mikayıl İbrahimli (56 kq), Turqay Xəlili
(72 kq) və Əhəd Novruzəliyev (76 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında
məğlubiyyət acısı yaşayan Ayxan Əliyev (65 kq) və Ruslan Bayramov (76 kq)
gümüş, Ramazan Manasovla (54 kq) Ağayəddin Nəsirov (72 kq) isə bürünc medala
layiq görülüblər.