İranda keçirilən yunan-Roma
güləşi üzrə komandalararası dünya kuboku yarışına yekun vurulub.Azərbaycanın yunan-Roma güləşi
üzrə milli komandası mötəbər yarışda mübarizə aparıb və fəxri kürsünün üçüncü
pilləsində yer alıb.”Neftçi İdman Klubu”nun pəhləvanı,
97 kiloqram çəki dərəcəsində çıxış edən Arif Niftullayev də yığmamızın heyətində
təmsil olunub və bürünc medala layiq görülüb.