Bakı İdman
Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start
verilib. 322 idmançının qatıldığı və üç gün davam edəcək yarışın ilk günündə kişilər
arasında 60, 73, 90, qadınların yarışında isə 48, 57, 70 kiloqram çəki dərəcələri
üzrə qaliblərin adına aydınlıq gəlib.”Neftçi İdman Klubu”nun çempionatda mübarizə
aparan yetirmələrindən Telman Vəliyev (73 kq) və Məmmədəli Mehdiyev (90 kq)
bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıblar. Aliumar Tumayev
(90 kq) isə bürünc medala layiq görülüb.Zərif
cinsin nümayəndələri arasında İçinxorloo Munxtsedev (57 kq) qızıl medala sahib
olub. Eyni çəki dərəcəsində çıxış edən Səkinə Zayirova isə fəxri kürsünün
üçüncü pilləsində yer alıb.