Abşeron Olimpiya İdman Kompleksində
2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında keçirilən sambo üzrə açıq paytaxt
birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yetirmələri yarışın
6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar. Samboçularımızdan 60
kiloqram çəkidə çıxış edən Rəvan Rüstəmli və Adil Adilzadə (81 kq) bütün
qarşılaşmaları qələbə ilə başa vuraraq Bakı çempionluğuna seviniblər. Teymur
Teymurzadəylə (81 kq) Kazım Məhərrəmli (87 kq) gümüş, Çingiz Hüseynov (48 kq) və
Məhəmməd Məmmədzadə (+87 kq) isə bürünc medala yiyələniblər.Qeyd edək ki, paytaxt birinciliyində 10 çəki
dərəcəsi üzrə 127 idmançı mübarizə aparıb.