Qətərin paytaxtı Dohada keçirilən
boks üzrə dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun boksçusu,
birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) yarımfinal mərhələsində
dünya çempionu, qazaxıstanlı Daniyar Yeleusinovla üz-üzə
gəlib. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə yekunlaşıb. Buna
baxmayaraq, idmançımız Rio Olimpiadasına lisenziya əldə edib. 69 kq çəki dərəcəsində
finala vəsiqə qazanan Muhammed Rabii WSB liqasından Olimpiadaya lisenziyaya
sahib olduğundan, Pərviz Bağırov dünya çempionatından verilən 3 vəsiqədən birinə
yiyələnib. Ancaq boksçumuz oktyabrın 15-də Çin təmsilçisi Liu Ve ilə 3-cü yer
uğrunda görüşə çıxacaq.