Latviyanın paytaxtı Riqada sambo
üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi keçirilib.Azərbaycanın yeniyetmə və gənc
samboçulardan ibarət yığma komandası yarışın 2 qızıl, 2 gümüş və 2 bürünc
medalını qazanıblar.Böyük qürur hissi ilə qeyd etməliyik
ki, əldə olunan medallardan 3-ü “Neftçi İdman Klubu”nun samboçularına məxsusdur.
Yeniyetmələrin yarışında idmançılarımızdan Rəşad Dünyamalıyev (52 kq) yalnız
finalda məğlub olub və gümüş medala layiq görülüb. Aslan Mirzəyev (87 kq) isə birinciliyin
bürüncmedalına sahib çıxıb. Gənclər arasında təşkil
olunan yarışlarda isə klubun yetirməsi İlkin Babazadə (60 kq) bütün
qarşılaşmalardan qalib ayrılaraq dünya çempionu adını qazanıb.