Oktyabrın 1-də futbol üzrə Azərbaycan I Divizionunda 2020-2021-ci il mövsümünə start verildi. Bu gün ilk turda  “Qaradağ Lökbatan” komandası MOİK-lə üz-üzə gəldi. Qaradağ Təlim-İdman Bazasında keçirilən görüş 1-1 hesabı ilə başa çatdı. 11-ci dəqiqədə rəqibin oyunçusu Elvin Nəsibov adını tabloya yazdırdı.  38-ci dəqiqədə isə komandamızın futbolçusu Tapdıq Əhmədov cavab topunu vurdu. Matçın ikinci hissəsində qol səsi eşidilmədi və qarşılaşma elə bu hesabla da sona yetdi.