Kişilər və qadınlar arasında cüdo
üzrə Bakı şəhər açıq çempionatı başa çatıb. Bakı İdman Sarayında keçirilən yarışda
18 komandanın tərkibində yer almış 219 cüdoçu qalib adı uğrunda mübarizə
aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri
əzm və peşəkarlıq nümayiş etdirərək, 2-si qızıl, 3-ü gümüş, 8-i isə bürünc
olmaqla, çempionatın 13 medalına sahib olublar. Hər iki “qızıl”a klubun xanım
idmançıları yiyələniblər. TəmsilçilərimizdənŞəfəq Məmmədova
(52 kq) və Validə Mirzəzadə (70 kq) bütün rəqiblərini məğlub edərək paytaxt
yarışının qalibi adını qazanıblar.Qeyd edək ki, “Neftçi İdman Klubu”
komanda hesabında çempionatda qazandığı
medalların sayına görə 1-ci, əyarına görə isə 2-ci yeri tutub.