Oktyabrın 14-də futbol üzrə Azərbaycan kubokunun yeni mövsümünə start
verilib. 19 komandanın çıxış etdiyi 2015/16 mövsümü 1/16 final mərhələsinin
qarşılaşmaları ilə başlayıb.Ölkə kubokunun ilk oyunları çərçivəsində “Qaradağ Lökbatan” komandası
“Şərurspor”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas
və əlavə vaxtında qalib müəyyənləşməyib – 3:3.
Oyunsonrası penaltilərdə isə komandamız üstün olub – 5:4 (8:7). Bununla da
“Qaradağ Lökbatan” komandası “Neftçi”nin 1/8 finaldakı rəqibi olub.