Serbiyanın Subotiça şəhərində SKDUN
karate-do üzrə 23-cü dünya çempionatı başa çatıb. 45 ölkədən 2000-dən çox
idmançının qatıldığı yarış gərgin mübarizə şəraitində keçib.Çempionatda yığma komandamız 15
idmançı ilə təmsil olunmuşdu ki, onlardan da 6-sı “Neftçi İdman Klubu”nun
karateçiləri idi. Klubun təmsilçilərindən İsmayıl
Bayramzadə (12-13 yaş, 40 kq) kumite və kata yarışlarının hər birində gümüş
medal qazanıb. Röyal Haqverdiyev (16-17 yaş, 60 kq) kumite yarışlarında 2-ci,
katada isə 3-cü olub. Səbuhi Nuriyev (18-20 yaş, 80 kq) və Orxan Mütəllimov
(21-39 yaş, 77 kq) kumite yarışlarında dünya çempionu tituluna sahib olublar.
Digər karate ustası Sədi Namazov (21-39 yaş, +85 kq) kumitedə qızıl, kata və
komanda yarışlarında isə gümüş medala yiyələnib.