Bu gün XX əsrin ən dəhşətli faciələrindən olan olan Xocalı soyqırımından 29 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Həmin kütləvi qırğın zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.Bu gün Kanada, Meksika, Kolumbiya, Sudan, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edib.29 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı Azərbaycan insanının, türk dünyasının ürəyində dərin yara, Ermənistan dövlətinin alnında isə qara ləkə kimi qalıb.Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik!Allah şəhidlərimizə rəhmət eləsin!