Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil etdiyi 11-ci
“Sabahın ulduzları” paytaxt çempionatında 4-cü turun oyunları keçirilib.”İnter Arena”da təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun 11
yaşlılardan ibarət komandası “Rəvan”la üz-üzə gəlib və 0:1 hesabı ilə məğlub
olub. 2006-2007-ci il təvəllüdlülərdən ibarət futbolçularımız isə “Təhsil” TİM
komandasını darmadağın edib – 7:0.