Fransanın paytaxtı Parisdə keçirilən
cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun turnirdə
mübarizə aparan cüdoçularından yalnız Rüstəm Orucov (73 kq) medal qazana bilib.
İdmançımız ardıcıl olaraq, Ukrayna təmsilçisi Sergey Drebotanı, türkiyəli Hasan
Vanlıoğlunu, almaniyalı İqor Vandtkeyi və Çin cüdoçusu Şua Sunu məğlub edərək
finala yükəslib. Həlledici görüşdə Orucov yaponiyalı Hiroyika Akimotoya məğlub
olub və gümüş medala layiq görülüb.Bu yarışda qazanılan uğurlar
idmançıların 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında
iştirak etmək üçün reytinq göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa kömək
edir. Bu turnirdə qızıl medal alan idmançı 500, ikinci yerin sahibi 300, bürünc
mükafatçıların hərəsi isə 200 xal qazandığından, Rüstəm Orucov da yiyələndiyi
gümüş medalın müqabilində 300 xal əldə edib.Klubun digər cüdoçuları Nicat Şıxəlizadə
(66 kq) və Elmar Qasımov (100 kq) 5-ci pillədə qərarlaşaraq hərəyə 100 xal,
Elxan Məmmədov (100 kq) isə 7-ci sırada dayanmaqla 75 xal qazanıb.Qeyd edək ki, Azərbaycan Cüdo
Federasiyasının prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqov “Böyük
Dəbilqə” yarışını müşahidə ediblər.