Beynəlxalq Cüdo Federasiyası yeni
reytinq cədvəlini açıqlayıb. Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə”
turnirinin yekunlarına əsasən açıqlanan siyahını “Neftçi İdman Klubu”nun
cüdoçuları üçün uğurlu saymaq olar. Belə ki, “Böyük dəbilqə”nin gümüş medalçısı
Rüstəm Orucov (73 kq) yenə bütün rəqiblərindən öndədi. Aktivinə 300 xal əlavə
etməklə onu 2207-yə çatdıran cüdoçumuz ikinci yerdə qərarlaşan israilli Saqi
Mukini 403 xal qabaqlayır. Elmar Qasımov da 100 kq çəki dərəcəsində birincidi.
Parisdə 5-ci pillədə yer alan və bununla daha 100 xal qazanan (2330) idmançımız
mövqeyini daha da möhkəmləndirib. Klubun digər cüdoçuları Orxan Səfərov (60 kq)
2-ci, Elxan Məmmədov (100 kq) 22-ci pillədəki yerlərini qoruyublar. İlqar
Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) isə bir pillə irəliləyiblər. Onlar
müvafiq olaraq, 24-cü və 7-ci sıralarayüksəliblər.Qeyd edək ki, cüdo idman növündə
olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.