“Neftçi İdman Klubu”nun paralimpiyaçısı Elşən Hüseynov Tbilisidə keçirilən pauerliftinq üzrə dünya kuboku yarışında böyük uğura imza atıb. Yüz yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin  qızıl medalına sahib olub.