Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi  Zaur Əliyev (55 kq) mötəbər yarışda  uğurla çıxış edib. Belə ki, təmsilçimiz böyük əzmkarlıq nümayiş etdirərək qitə çempionatının qızıl medalına sahib olub. Mübarizəyə dörddəbir finaldan qoşulan pəhləvanımız  rumıniyalı və rusiyalı rəqiblərinə qalib gələrək finala vəsiqəni təmin edib. Güləşçimiz həlledici qarşılaşmada Türkiyə təmsilçisini də məğlubiyyətə uğradıb və Avropa çempionu adını qazanıb.