Bu gün “Neftçi İdman Klubu”nun şahmatçısı Teymur
Rəcəbovun da qatıldığı “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin
– “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb. Günün
ilk qarşılaşmasında təmsilçimiz yarışın digər azərbaycanlı iştirakçısı Şəhriyar
Məmmədyarovla üz-üzə gəlib. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda
Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So və
fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı
A.Piçotu məğlubiyyətə uğradan şahmatçımız xallarının sayını 6,5-ə çatdıraraq
turnir cədvəlində liderliyə yüksəlib.Xatırladaq ki, “The FTX Crypto Cup” turnirinin
təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin
yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən
ibarətdir.