Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil
etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The
FTX Crypto Cup” turnirinin təsnifat mərhələsi sona yetib.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov
təsnifat mərhələsinin son partiyalarında mübarizəsini davam etdirib. O, ilk
qarşılaşmada niderlandlı Aniş Giriyə məğlub olub. Sonrakı turda çinli Liren
Dinqə qalib gələn şahmatçımız növbəti partiyalarda rusiyalı şahmatçılar
Aleksandr Qrişuk və Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə
üz-üzə gələn klubumuzun yetirməsi bu qarşılaşmadan məğlub ayrılıb.Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə
8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.Təsnifat mərhələsinin yekunlarına görə, ilk
səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblar.Xatırladaq ki, Teymur Rəcəbov
“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci –
“Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon
Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına
vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində – “Opera Euro
Rapid” turnirində isə üçüncü yeri tutub.Qeyd edək ki, “Champions Chess
Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci
ilin sentyabr ayınadək davam edəcək.