Bolqarıstanın Samokov şəhərində
yeniyetmə güləşçilər arasında keçirilən Avropa birinciliyi davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan
yığma komandasının heyətində yer alan sərbəst güləşçisi Abdulrəhman İbrahimov (60 kq) Ukrayna,
Türkiyə və Polşa idmançıları üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.
Bu mərhələdə gürcüstanlı rəqibini “tuşe” ilə mübarizədən kənarlaşdıran
güləşçimiz finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisinə minimal
hesabla məğlub olan Abdulrəhman İbrahimov qitə birinciliyinin gümüş medalına
layiq görülüb.