Parisdə təşkil olunan “Grand Chess Tour” yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov ilk qarşılaşmada ermənistanlı Levon Aronyanla heç-heçə edib. Sonrakı görüşdə Fransa təmsilçisi Maksim Vaşye-Laqrava məğlub olan Teymur Rəcəbov iranlı Alireza Firuzcaya qarşı keçirdiyi günün son qarşılaşmasında növbəti qələbəsini qazanıb.