“Neftçi İdman Klubu”nun on altı yaşadək
futbolçulardan ibarət komandası Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman
Bazasında təlim-məşq toplanışında olub. Yüksək səviyyədə təşkil olunan və on gün davam edən toplantıda həftəlik dözümlülük,
güc dözümlülüyü, qaçış və fitnes, sprint məşqləri gündə iki dəfə olmaqla aşağı
şiddətlə proqram üzrə yerinə yetirilib. Bundan əlavə, təlim-məşq toplanışında
böyük həvəs və maraqla iştirak edən futbolçulara oyun qaydaları, oyun sistemləri,
oyun fazaları və oyun prinsipləri haqda nəzəri məşğələlər keçirilib.