“Neftçi İdman
Klubu”nun Tokio-2020 Yay Paralimpiya
Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularından bir qrupu Bakıya qayıdıb. Onlar
arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48
kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli
olan Bəsti Səfərova (52 kq) yer alıb.Heydər Əliyev Beynəlxalq
Hava Limanında idmançılarımızı Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və
İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası,
“Neftçi İdman Klubu”nun əməkdaşları,
idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.Xatırladaq ki, klubumuzun paracüdoçuları Tokio Paralimpiadasının 6 qızıl (Şahanə
Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova
(+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq)) və 2 bürünc (Namiq
Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medalını qazanıblar.